Azərbaycanda koronavirusun 7 dalğası olacaqmı? - Professor Musa Qəniyevdən AÇIQLAMA

  • 2022.07.20 17:50
  • 3450 Baxış
Azərbaycanda koronavirusun 7 dalğası olacaqmı?   -  Professor Musa Qəniyevdən AÇIQLAMA

Artıq Türkiyə, İran, Rusiya Omikronla sürətlənən 7-ci dalğadan bəhs edir.

Koronavirus hələ də var, Azərbaycanda yoluxma hər gün artır. Bəs biz hansısa dalğanı elan etməliyikmi?

Bakupost.az xəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev Azərbaycanda pandemiyanın təkrar alovlanacağına münasibət bildirib.

"Son günlər BA.4 və BA.5 ştammına yoluxmada artım müşahidə edilir. Bunu “bəziləri” COVID-19 pandemiyasının 7-ci dalğası kimi dəyərləndirir.

Madridin regional Səhiyyə Naziri Antonio Sapatero Omikronun bu variasiyasını hətta "COVID-22" adlandırır.

İddia olunur ki, bu ştammların kontagiozluğu çox yüksəkdir və formalaşmış immunitet onları tanımır. Odur ki, yeni vaksinlər yaradılmalı, insanlar 4-cü, 5-ci və s. dəfə peyvənd olunmalı, qadağalar tətbiq olunmalıdır və s.
Əslində elmi təhlil bunun əksini sübut edir.

Pandemik alovlanmaya səbəb olan hər bir virus infeksiyasının gedişi, “mütləq təhlükəlilik həddi” sayılan 2 əsas parametrilə- yoluxduruculuq (Ro indeksi) və letallıq (ölüm törətmə) əmsalı ilə dəyərləndirilir. Sönməsi 4 fəsli növbələşmə müddətilə dəyərləndirilən viral pandemiyaların başa çatmasının əsas şərti, məlum virusun dövrü mutasiya edərək, xələfləri sələfindən yoluxduruculuq qabiliyyətinin artması fonunda, letallıq əmsalı sıfırlanan mutantının əmələ gəlməsidir.


Bu halda S-spayka zülalında baş verən mutasiya səbəbindən, yoluxma baş verənə qədər, yeni mutantı, formalaşan immunitetin tanımaması tamamilə qanunauyğun bir haldır. Spayka zülalında mutasiya ona görə baş verir ki, virus immun sistemdən yayınaraq, hüceyrəyə daxil olsun və simbioz birgə yaşamaya təminat verəcək şəkilə düşənə qədər, RNT-nin letallıq mutasiyasına məruz qalsın. Bu təbiətin hakim “birgə yaşam” qanunudur. Yəni mütləq haldır. Bütün pandemiyalar zamanı belə olmuşdur və belə də olacaqdır. Məsələn, herpes virusu, artıq demək olar ki, hamıda vardır və bizimlə simbioz yaşayır. Və ya zamanında öldürücü, hazırda isə unudulmaqda olan Ebola virusu və s.


Ana virusun dövrü mutasiyası nəyə görə qorxulu deyildir? Çünki, orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər onunla ilkin qarşılaşma (xəstələnmə və ya peyvənd olunma) zamanı, virusun sürət əksinin total subvahidi (örtük təbəqə, matriks, nukleoprotein sırası və spayka zülalı), gen yaddaşına həkk olan, spesifik antitellər (B yaddaş hüceyrələri) sintez edir.
Bu hüceyrələr “yaddaş kartını” demək olar ki, ömürlük, yəni insan dünyasını dəyişənədək saxlayır. Odur ki, BA.4 və BA.5 ştammını immun sistemin tanımaması dedikdə, burada immunitetin yalnız S-spayka zülalını tanımaması başa düşülməlidir, bütövlükdə virusu deyil.


İmmunitet virusu total subvahid şəklində, yalnız hüceyrə ona yoluxduqdan sonra tanıyır və onunla aktiv şəkildə mübarizə apararaq onu neytrallaşdırır. Odur ki, BA.4 və BA.5 ştammına yoluxma, hazırda ÜST-ün də etiraf etdiyi kimi adi soyuqlama kimi keçməlidir və keçir. Bu ştammların hətta hansısa bir ciddi narahatlığa səbəb olacağını düşünmək belə mənasızdır. Belə bir şey ola bilməz.
Omikron ştammı mutantlarının dövri izlənməsi də bu qanunauyğunluğu təsdiq edir.

Diqqət edin: Omikronun məlum mutantları bunlardır: BA.1; BA.2; BA.3 (XE); XD XF; Deltakron; BA.4 və BA.5.
Bu mutantlardan BA.3 (XE), XD, XF və deltakron hibrid ştammlar olduğundan inaktivdir. Potensial fəal mutantlar BA.1; BA.2; BA.4 və BA.5-dir. Omikronun S-spayka zülalında baş verən bütün 32 total mutasiya bu mutantların hər birinə xasdır.


Onların birinin-digərindən yeganə fərqi, növbəti mutantda, gələcəkdə simbioz birgə yaşayışın təminatçısı olan, kontagiozluğun yüksəlməsinə səbəb olacaq, nisbi aminturşusu itkisidir.

Odur ki, BA.4 və BA.5 mutantlar daha transmissivdir. Onların arasında genom fərqliliyi çox cüzidür və yalnız kontagiozluğun artmasına xidmət edən dəyişiklikdir.

Başqa sözlə, aktiv domendə baş verən və BA.5 ştammın BA.4-dən nisbətən daha yolxucu, lakin patogenliyi daha zəif olmasına xidmət edən aminturşu itkisidir.

Odur ki, bu mutantlar pandemiyanın alovlanması yox, sönməsinin təsdiqidir"



Aygün Musayeva
BakuPost