Azərbaycanda körpələrə qoyulan meyvə-tərəvəz adları

  • 2022.05.30 16:30
  • 3837 Baxış
Azərbaycanda körpələrə qoyulan meyvə-tərəvəz adları


Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə adları verməyə davam edirlər.


Medicinaa.az xəbər verir ki, son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib.

Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar.

1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib.

Valideynləri yeni doğulan 4 körpəyə Badam adı veriblər, 2 uşağa Badamxanım adı qoyulub.

15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək.

Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir.

Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib. /modern.az/