Azərbaycanda nə qədər QİÇS xəstəsi var? - Mərkəz

  • 2018.03.19 11:05
  • 11054 Baxış
Azərbaycanda nə qədər QİÇS xəstəsi var? -  Mərkəz
Azərbaycanda 5181 nəfər İİV xəstəsi olan insan var.


Medicina.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.


Onun sözlərinə görə, İİV infeksiyası aşkarlanlardan 72,2 faizi kişilərdir:


"Ötən il 74 hamilə qadında bu infeksiyası aşkarlanıb. 60-a yaxın qadın doğuş edib. Onlara hamiləlik dövründə tətbiq edilən müayinə nəticəsində körpələrdə virus aşkarlanmayıb”.


Natiq Zülfüqarov qeyd edib ki, İİV infeksiyası 25-49 yaşarası olanlarda üstünlük təşkil edir:


"Bu yaşda olan insanlar 81 fazi təşkil edir. QİÇS mərhələsində olanlar isə 26,3 faizə bərabərdir”.