Azərbaycanda neonatoloji konfransın sponsoru süni uşaq qidasıdır - "Səhiyyə nazirliyi, bu qədərmi kasıblamısız?"

  • 2022.04.22 15:57
  • 2580 Baxış
Azərbaycanda neonatoloji konfransın sponsoru süni uşaq qidasıdır  - "Səhiyyə nazirliyi, bu qədərmi kasıblamısız?"


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, bu qədərmi kasıbsan, bu qədər dövlət büdcəsindən pullar ayrılır, amma yenə də başqasının puluna möhtacsan!

Bu qədərmi millətinin körpəsinin süd haqqına sahib çıxılmaz? Bu qədərmi millətinin qeyrəti çəkilməz?


Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə Naxçıvanda keçiriləcək Beynəlxalq Neonatoloji konfransda sponsorun süni uşaq qidası şirkəti olmasına qarşı çıxışında deyib.

Həkim körpə sağlamlığı ilə bağlı rəsmi səviyyədə keçirilən belə mötəbər konfransda Fricko Gold süni qidasının sponsor kimi yer almasının yolverilməz olduğunu bildirib.

"Bununla nə demək istəyirsiz? Yəni ay pediatrlar, neanotoloqlar, süni qidanı daha çox təyin edin, özü də bu firmanı. Çünki bizim sponsorumuzdur.
Hələ Naxçıvan Muxtar Respublikasının da Səhiyyə Nazirliyi burdadır.
Bu qədər var güclə süni qida şirkətlərini konfranslarda önə çəkməkdə məqsəd nədir? Onlar daha çox pul verir, əlbəttə. Bəs bu verilən pulların əvəzini kim ödəyəcək.

Yazıq körpələr!Konfrans keçirməyə pul yoxdur, deyərdiz elan verərdik, camaat toplayardı, bizim insanlar mərddir, sizə konfrans keçirməyə mütləq lazım olan vəsait toplanardı.

Amma sizin əlavə öz şəxsi xərclərinizə yox. Öz böyük şəxsi xərcləriniz üçün uşaqlar üzərindən ticarət etməyiniz lazım idi.
Əlbəttə süni qida şirkəti bu işdə sizə böyük kömək edə bilər.

İctimai səhiyyə və islahatlar mərkəzi olaraq nə deyə bilərsiz? Bunun da bir islah olunacaq yolu varmı? Yoxsa belə davam edəcəyik və artıq anasını əmən uşaqları barmaqla sayacağıq?

Sayın konfrans iştirakçısı Hocalar, Türkiyede de de bele işler olurmu, konfranslarda ana südü faydalarından danışıb, mama şirketlerini konfranslara sponsor etmək, reklam etmək hansı həkimlik andına sığır?

Azərbaycan pediatr olaraq bu mənzərələri gördükcə , özü ilə sözü düz gəlməyən bu işləri izlədikcə artıq ürəyin bulanır, xəcalət çəkirəm!
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi UNICEF deyirəm bəlkə xəbəriniz yoxdur. Olsa guya nəsə dəyişəcək?"


Qeyd edək ki, H. Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş Beynəlxalq Neonatoloji Konfrans nazirliyin təşkilatçılığı ilə Naxçıvanda, duz dağda keçiriləcək.

Aygün Musayeva
BakuPost