Azərbaycanda özəl məhkəmə ekspertizalar olacaqmı?

  • 07 İyl 2021 15:58
  • 298 Baxış
Azərbaycanda özəl məhkəmə ekspertizalar olacaqmı?


“Hazırda Azərbaycanda özəl ekspertiza ilə bağlı fəaliyyət həyata keçirilmir. Bununla bağlı normativ hüquqi aktların qəbul edilməsi istiqamətində işlər gedir”.

Medicina.az xəbər verir ki, bu sözləri Məhkəmə Ekspertizası Mərkəzinin şöbəsi rəisi Hümmət Vəliyev Azərbaycanda özəl məhkəmə ekspertiza mərkəzlərinin yaradılmasını nəzərdə tutan Prezident İlham Əliyev 2019-cu ildə imzaladığı fərmanın icrası ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

O bildirib ki, özəl ekspertiza mərkəzlərinə fəaliyyətə başlamaq üçün ekspert şəhadətnaməsi verilməsi qaydası, özəl ekspertlərin xüsusi biliyini müəyyən edən sənədlərin siyahısı, məhkəmə ekspertlərinin və digər sənədlərin hazırlanması hazırda baxış mərhələsindədir:

“Bu səbəbdən hələlik özəl ekspertiza fəaliyyətə başlamayıb. Ümid edirik ki, biz yaxın müddətdə ölkəmizdə özəl ekspertiza fəaliyyətini müşahidə edəcəyik”.