Azərbaycanda porno saytlar niyə çox izlənilir? - “Seks aclığı var”

  • 2022.09.06 16:35
  • 6190 Baxış
Azərbaycanda porno saytlar niyə çox izlənilir?    - “Seks aclığı var”

Azərbaycanda “Google”da 2021-2022-ci illər üzrə ən çox axtarılan saytların adı açıqlanıb. İlk yerləri yalnız porno saytların tutması gündəm mövzuya çevrilib.


Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən seksoloq Təhmasib Cavadzadə bildirib ki, Azərbaycanda porno saytlara marağın yaranmasının başlıca səbəbi cəmiyyətimizdə seksə qarşı fikirlərin radikal olmasıdır:

“Azərbaycan cəmiyyətində seksə qarşı fikirlər radikaldır. Bir çox insanlar seks işçisinə pis baxır. Halbuki ilk sekslərini elə bir çox insanlar seks işçiləri ilə başlayır. Bu məqamda-seksin olmadığı yerdə köməyə porno materiallar gəlir. İnsan hər hansı bir səbəbdən ehtiyacını ödəyə bilmir və üz tutur virtual aləmə”.


Seksin daimi bir ehtiyac olduğunu deyən seksoloq porno saytlarının izlənilməsinin də təbii olduğunu vurğulayıb:


“Seks daimi bir ehtiyacdır. Daim bu ehtiyac yaranır. Ödənildikdən bir müddət sonra belə insan acır və yenə istəyir. Porno saytlarının da izlənilməsi tam təbii və normaldır. Hər bir insan ən azı bir neçə dəfə porno izləyir”.

Mütəmadi olaraq porno izləmənin patoloji problem olub -olmadığı sualına isə mütəxəssis belə cavab verib:

“Pornonunu mütəmadi olaraq porno asılılığı olan insanlar izləyir. Elə porno saytlarının reytinqinin daim yüksək olmasına da o insanlar səbəb olur. Bir çox şeylərin norma həddi patologiya sayılmır. Amma hədd aşdıqda artıq patologiyaya səbəb olur.”


Pornonun yarandığı gündən gündəmdə olduğunu deyən seksoloq bizim cəmiyyətdə seks aclığının istisna olmadığını qeyd edib:
“Bizim cəmiyyətdə seks aclıgı istisna deyil”.