Azərbaycanda son bir ayda zəhərlənmələr ən çox nədən olub? - Baş toksikoloqdan açıqlama

  • 2022.02.03 15:58
  • 3140 Baxış
Azərbaycanda  son bir ayda zəhərlənmələr ən çox nədən olub? -  Baş toksikoloqdan açıqlama
Toksikoloji şöbəyə xəstələr hansı növ zəhərlənmələrlə daxil olurlar? Media.Az bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovla danışıb. Həkim bildirib ki, son 1 ayda ən çox dəm qazından zəhərlənmələr artıb.

"İndiki dövrdə ən çox dəm qazı ilə zəhərlənmə hallarına rast gəlinir. İkinci yerdə medikamentoz zəhərlənmələrdir.

Çox vaxt bu, dərman dozasının həddinin aşılmasıdır. Yəni xəstə daha böyük dozada və ya eyni vaxtda çox müxtəlif dərmanlar qəbul edir, orqanizm isə onları sadəcə olaraq qəbul etmir. Üçüncü yerə, xəstələrin sayını nəzərə alsaq, sirkə turşusu ilə zəhərlənmə deyərdim. Bax bu, intihara cəhddir.

Adətən 30-50 yaş arası həm kişilər, həm də qadınlarda olur.

Ölkədə narkomaniyaya qarşı fəal mübarizə aparılır. Həddindən artıq doza qəbul etmiş insanlar ayda təxminən 4-5 hadisə qeydə alınır. Bunlar, bir qayda olaraq, 20-25 yaşlı şəxslərdir"