Azərbaycanda tanınmış ginekoloq da koronavirusdan öldü - FOTO

  • 2020.07.25 08:29
  • 15372 Baxış
Azərbaycanda tanınmış ginekoloq da koronavirusdan öldü  - FOTO
Azərbaycanda daha bir həkim koronavirus qurbanı oldu.

Medicina.az-ın məlumatına görə, bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat veriblər. Cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykər COVID-19-dan dünyasını dəyişib.

Cərrah mama-ginekoloq Valiyə Peykər iyulun 24-də saat 16:30-da bütün həmkarlarının bütün səylərinə baxmayaraq vəfat edib.

V.Peykər 7 saylı doğum evində və "German" hospitalda çalışırdı.
Allah rəhmət eləsin.