"Azərbaycanda vacib dərmanlar tapılmır" - Millət vəkili həkim

  • 2023.03.29 14:06
  • 446 Baxış
"Azərbaycanda vacib dərmanlar tapılmır"   - Millət vəkili həkim

“Bizim ölkədə qonşu ölkələrə baxanda dərmanların qiyməti 3-4 dəfə bahadırsa, nəyə görə dərman tapılmır?”

"Medicina" xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.


“Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür. Biz şirkətlərə sual edirik, ölkədə dərman qiymətləri bu qədər bahadırsa, niyə o dərmanları gətirməkdə maraqlı deyillər?”, – deputat əlavə edib.

Aygün M