Azərbaycandakı SMA xəstələrinə şad xəbər– 2 milyon dollar qiyməti olan dərman BAKIDA

  • 20 May 2021 17:56
  • 1614 Baxış
Azərbaycandakı SMA xəstələrinə şad xəbər – 2 milyon dollar qiyməti olan dərman BAKIDA

Dünyanın ən ağır xəstəliyindən olan Spinal Muskular Atrofiya (SMA) adlı bir genetik xəstəliyin müalicəsində yeni və uğurlu bir müalicə kəşf edilib. Zolgensma adlı bu dərmanın qiyməti 2 milyon dollardır. Ona görə bu dərman xəstələr üçün əlçatmazdır.

Bu yaxında 1 yaşlı Tunarın da xilası üçün 2 milyon dolların toplanması aksiyası keçirilmişdi.

Medicina.az xəbər verir ki, nadir də olsa son zamanlar Azərbaycanda bu dəhşətıi diaqnoz qoyulan körpələrin sayında artım var.

Baku Medical Plaza klinikası 1 ildən artıqdır ki, bu dərmanın istehsalçısı Novartis şirkəti ilə yazışmalar apararaq, Azərbaycandakı SMA xəstələri üçün dərmanın təmənnasız alınması üçün razılığına gəlinib.

Kompaniyanın başladığı pulsuz dərman təminatı proqramına qoşulmaq üçün klinikanın səyləri boşa getmədi. Artıq Baku Medical Plazanın Pediatriya şöbəsi bu proqrama qəbul edilib.

Bunun üçün pulsuz çəkilişə qatılmaq lazımdır. SMA xəstələri bu bahalı dərmanı Baku Medical klinikada pulsuz ala biləcək.


Bu dərmanı almaq üçün xəstənin yaşı 2 yaşdan aşağı olmalı və xəstəlik genetik analizlə təsdiqlənməlidir.
SMA-lı körpəsi olan valideynlər Baku Medical Plaza klinikasının Pediatriya şöbəsinə müraciət edə bilər.