Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın məşhur uşaq nevroloqu vəfat etdi

  • 2024.10.14 15:17
  • 2362 Baxış
Azərbaycanın məşhur uşaq nevroloqu   vəfat etdi

Azərbaycanın tanınmış nevroloqu, professor Zakir Əliyev dünyasını dəyişib.

"Medicina" xəbər verir ki, o, Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru olub.

Zakir Mәmmәd oğlu Əliiyev 1944-cü ildə Goranboy rayonunda anadan olmuşdu.
1972 ildәn Azәrb. Tibb Un-tinin pediatriya fakültәsinin sinir xәstәliklәri kursunda assistent, 1977–89 illәrdә II nevrologiya vә tibbi genetika kafedrasında dosent, 1989–92 illәrdә prof., 1992–2011 illәrәdә uşaq nevrologiyası kafedrasında müdir işlәmişdir, 2012 ildәn nevrologiya vә tibbi genetika kafedrasının professorudur.

Medicina.az-ln ötən illərdə dərc etdiyi Bakının ən bahalı həkimləri siyahısında o da var idi. Ağır əqli və nevroloji qüsurlu uşaqları olan valideynlər onun qəbuluna günlər öncədən növbə tutmaqla düşə bilirdilər.


Allah rəhmət eləsin!