Azərbaycanlı aktyora bacısının qaraciyəri köçürüləcək

  • 2022.07.30 14:30
  • 8157 Baxış
Azərbaycanlı aktyora bacısının qaraciyəri köçürüləcək
Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevdən xəbər var.

Medicina.az .az Baku.ws-ə istinadən xəbər verir ki, aktyorun əməliyyatı Bakıda həyata keçiriləcək. Elvinə bacısı donor olacaq. Gülnazın qaraciyərinin bir hissəsi qardaşına köçürüləcək.


Bu haqda Elvinin həyat yoldaşı Elvina Atakişiyeva açıqlamasında bildirib:


“Biz Türkiyədə idik. 10-15 gün olar ki, oradan qayıtmışıq. Elvinin əməliyyatı Mərkəzi Gömrük Hospitalında olacaq. Həyat yoldaşımın bacısı Gülnaz xanım ona donor olacaq”.


Qeyd edək ki, cərrahi müdaxilənin təxminən avqustuna 5-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.