Azərbaycanlı həkimdən "Koronavirus məcunu" - Dərmanlarla yanaşı

  • 2020.07.19 19:36
  • 11450 Baxış
Azərbaycanlı həkimdən "Koronavirus məcunu"  - Dərmanlarla yanaşı

Antibiotikin molekulu virusdsn 20-50 dəfə böyükdür. Deməli, antibiotiklərin də heç bir faydası yoxdur. İynə dərmanlarla müalicənin də effektliyi göz qabağındadır. Əgər xəstələrinizi iynə-dərmanlarla müalicə edirsinizsə, heç olmasa həmin dərmanların yanında aşağıdakı məcundan gündə 3 dəfə verin ki, xəstə ağır vəziyyətdən çıxa bilsin.


Medicina.az xəbər verir ki, bu sözləri xalq təbabəti üzrə mütəxəssis, fitoterapevt Fizuli Hüseynov deyib. Fitoterapevt antibiotiklərin təsirindən danışıb:

"Antibiotikin molekulu virusdsn 20-50 dəfə böyükdür. Deməli, antibiotiklərin də heç bir faydası yoxdur. İynə dərmanlarla müalicənin də effektliyi göz qabağındadır. Əgər xəstələrinizi iynə-dərmanlarla müalicə edirsinizsə, heç olmasa həmin dərmanların yanında aşağıdakı məcundan gündə 3 dəfə verin ki, xəstə ağır vəziyyətdən çıxa bilsin".

O, sinəni təbii şəkildə təmizləyən effektiv resept tədqim edib:


Sürtkəçdən keçrilmiş təzə zəncəfil 100 qram

Ud hindi kökü tozu 200 qram

Qarazirə toxumu tozu 100 qram

Bal 1 kq

Hazırlanması:

Hamısını bir birinə qarışdırın gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı yeyin. Əgər məcun acılığından şikayət etsəniz və ya içə bilməsəniz, onda 1 dolu çay qaşığı məcunu 1 stəkan ilıq suya qarışdırıb için.

Xəstəliyin ağır dövründə məcundan beş altı çay qaşığı yeyə bilərsiniz. Sonda onu da vurğulayım ki, xəstəliyin ağır dövründə nəfəsalma problemi olanda kürəkdən 8, sinədən 3 ədəd hicama etdirin.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.