Azərbaycanlı mühəndislərin hazırladığı süni tənəffüs aparatı- Hələ xəstələrdə sınanmayıb

  • 2020.04.23 15:18
  • 2272 Baxış
Azərbaycanlı mühəndislərin hazırladığı  süni tənəffüs aparatı - Hələ xəstələrdə sınanmayıb

Azərbaycanlı gənc mühəndislər koronavirusla mübarizə məqsədilə yeni süni tənəffüs aparatı hazırlayıblar.

Medicina.az baku tv-ə istinadən xəbər verir ki, təcili tibbi yardım avtomobillərində, hətta xəstəxanalarda da istifadə oluna biləcək bu aparat rəsmi qurumlar tərəfindən təsdiq olunandan sonra tibb müəssisələrinə veriləcək.

Hazırda üç nəfərlik komanda gün ərzində beş ədəd süni tənəffüs aparatı hazırlamaq gücündədir.

Bundan əlavə, gənc mühəndislər gündəlik istifadə etdiyimiz əşyaları: telefon, pul, açarları viruslardan təmizləyən cihaz da hazırlayıblar. Hər iki cihaz test olunub, istifadəyə hazırdır.