Azərbaycanlı professor 4 doza kovid peyvəndi vurdurub - “İki doza Cinovac, iki Pfizer, 5-ci də olacaq”

  • 2021.09.30 16:41
  • 2438 Baxış
Azərbaycanlı professor 4 doza kovid peyvəndi vurdurub -  “İki doza Cinovac, iki Pfizer, 5-ci də olacaq”
Azərbaycanın tanınmış pulmonoloqu, professor Əlizamin Sadıqov 1 il yarımdır Bakıda yüzlərlə kovid və ağciyər xəstəsini müayinə və müalicə edib.

Bir müddət İspaniyada pandemiya xəstəxanasında da çalışan Əlizamin Sadıqov virusa yoluxmamasının səbəbini peyvənddə görür. Qorunma vasitəsi maska və əlləri yumaqdır.

Medicina.az -a açıqlamasında professor artıq 4-cü doza vaksin vurdurduğunu açıqlayıb.

“Mən bəlkə də Azərbaycanda yeganə həkiməm ki, 4 dəfə kovid peyvəndi olunmuşam. 2 doza Çin peyvəndi 6 ay öncə vurdurmuşdum. Onun müdafiəsi bir az zəifdir. Sonra Pfizer gəldi, məmnuniyyətlə o vaksini də 2 doza vurdurdum.

Lazım gələrsə, antitellər düşərsə, pandemiya səngiməzsə, 6 ay sonra birini də alacam”.