Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı professorun ixtirası beynəlxalq patent aldı

  • 2024.11.06 15:23
  • 1489 Baxış
Azərbaycanlı professorun ixtirası beynəlxalq    patent aldı


Azərbaycanlı həkim-alim Elçin Ağayevin yeni ixtirası beynəlxalq səviyyədə qəbul edilib.

"Medicina" xəbər verir ki, Azərbaycan Dövlət Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, professor Elçin Ağayevin cərrahiyyə ixtirası Avrasiya Patent Təşkilatı tərəfindən təsdiq edilib.


Qeyd edək ki, bu, professorun beynəlxalq səviyyəli patent almış üçüncü ixtirasıdır.

Elçin Ağayev, həmçinin İkinci Qarabağ Müharibəsində cəbhə zonasında yaralı hərbçilərə tibbi yardım göstərən cərrahlardandır.

Bu xidmətlərinə görə prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edib.

MEDİCİNA.AZ