Azyaşlı spirtli içki içdikdə nə baş verir?

  • 2022.09.14 15:19
  • 554 Baxış
Azyaşlı spirtli içki içdikdə nə baş verir?


Əgər azyaşlı uşaq gözdən yayınıb evdə olan spirtli içkini içərsə onunla nə baş verir?


Medicina xəbər verir ki, alkoqolun dozasından asılı olaraq, uşaq orqanizminə düşdükdə şəkərin səviyyəsini salır, intoksikasiya, qıcolma, psixoz yaradır. Şəkər düşdükdı hipoqlikemiya və komaya yaxın vəziyyət olutr.

Əgər içkinin dərəcəsi 4-5 dərəcədən çox deyilsə, ciddi pozulmalar olmaya bilər.

Uşaqda nitqin pozulması, ürəkbulanma, qusma, yuxululuq əlamətləri varsa və nə baş verdiyini də izah edə bilmirsə, o zaman uşaq təcili yardım xəstəxanasına çatdırılmalıdır.

Uşağa yalnız bol maye və şirin su içirə bilərsiz.

Aygün Musayeva