Azyaşlının qarnına oxlov batdı - BAKIDA

  • 16 Dek 2019 09:40
  • 1432 Baxış
Azyaşlının qarnına oxlov batdı -  BAKIDA
Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb.

Medicina.az report-a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Məlikov Əli Elçin oğlu evdə oynayarkən ehtiyatsızlıqdan yıxılıb. Bu zaman onun qarnına oxlov batıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun qarın boşluğunda deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.