B12 əskikliyi olan insanın ürəyi sıradan çıxır

  • 2025.09.10 11:44
  • 223 Baxış
B12 əskikliyi olan insanın ürəyi sıradan çıxır


Müəyyən səbəblərdən və ya genetic B12 vitamini çatışmazlığı ilə yaşayan insanların ürək problemləri ola bilər.


“Medicina” xəbər verir ki, Con Hopkins Tibb Məktəbinin əməkdaşları B12 vitamini çatışmazlığının ürəyin fəaliyyətində mənfi dəyişikliklərə səbəb olduğunu müəyyən ediblər.

Vitamin B12 bədən tərəfindən qırmızı qan hüceyrələrini yaratmaq üçün istifadə olunur. Bu hüceyrələrin çatışmazlığı orqan və toxumaların ehtiyac duyduqları oksigeni ala bilməməsi deməkdir. Nəhayət, bu, bədənin düzgün işləməməsinə səbəb olacaq.

Məsələn, ritmin, döyüntülərin sürətli olması B12 vitamini çatışmazlığından qaynaqlanan anemiyanın əlamətlərindən biri ola bilər.

Onlar həmçinin (ürək çarpması kimi) B12 çatışmazlığını göstərə bilən və həkimə müraciət etməyi tələb edən digər simptomları da sadaladılar.


Zəif əzələlər
Qollarda və ayaqlarda uyuşma
Gəzməkdə çətinlik
ürəkbulanma
İştahsızlıq
Kilo itkisi
Qıcıqlanma
Enerji çatışmazlığı və ya yorğunluq
İshal.
Şişmiş, qırmızı, hamar dil (qlossit).


B12 çatışmazlığı problemini müəyyən etməyin ən təsirli yolu qan testidir.


Mütəxəssislərin fikrincə, müəyyən qidaların qəbulu çox vaxt orqanizmdə bu vacib vitaminin lazımi səviyyəsini doldurmağa kömək edir: ət, balıq, süd, pendir, yumurta, qaraciyər.

Aygün Musayeva