Badımcan insanda ciddi allergiya verə bilər - Xəbərdarlıq

  • 2022.07.22 17:31
  • 3260 Baxış
Badımcan insanda ciddi allergiya verə bilər  - Xəbərdarlıq

Badımcan da süd, qoz, fındıq, sitrus meyvələri ilə bir siyahıda allergen qidadır.


Bakupost.az xəbər verir ki, allerqoloq-immunoloq Marina Apletaeva allergen qidalar siyahısına badımcanı da daxil edib.

"Çox insanlar düşünür ki, sitrus meyvələri yesələr allergiya olur. Amma allergenlər süd, tərəvəzlər, hətta badımcanda da var. Badımcan, bolqar bibəri və pomidor da ikinci dərəcəli təhlükəli allergenlər siyahısındadır.


Süd də tez-tez allergiya verən ərzaqdır. Amma qatıq, kəsmik yox. Heyvan mənşəli qidalardan isə yumurtadır.

Ona görə təkcə sitrus meyvələrində ehtiyat etməyin. Əgər badımcanlı yemək yedikdən sonra özünüzü pis hiss edirsizsə, allergiyadan şübhələnin" - deyə həkim bildirib.