Bakı Sağlamlıq mərkəzində qazilər onları xilas edən həkimlərlə görüşdü - FOTOLAR

  • 06 Noy 2021 19:05
  • 588 Baxış
Bakı Sağlamlıq mərkəzində qazilər onları xilas edən həkimlərlə görüşdü -  FOTOLAR
Bu gün Bakı Sağlamlıq Mərkəzində “Zəfər Günü münasibəti ilə qəhrəman qazilərimiz ilə qayğıkeş həkimlərimizin görüşü” adlı tədbir keçirilib.

Medicina..az xəbər verir ki, görüşdə Milli Məclisin sədr müavini Adil Əliyev, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailə üzvləri, həkimlər və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov bildirib ki, həkimlərimiz 44 günlük Vətən Müharibəsində əlindən gələni edib:




“44 günlük Vətən Müharibəsi tariximizə qızıl hərflərlə yazıldı. Vətən Müharibəsi sadəcə hərbidə deyil, informasiya, iqtisadi, siyasi müstəvidə də öz əksini tapdı. Biz “dəmir yumruq”la bu qətiyyəti ortaya qoyduq. Övladlarımızı, qardaşlarımızı itirməyimiz nə qədər acı olsa da, sinəmizə dağ çəksə də qələbəmiz o yaraya məhləm oldu. Müharibədə həkimlərimiz də əlindən gələni etdi. Hətta bəzi həkimlərimiz rəsmi olaraq cavab gözləmədən, dedilər ki, işdən çıxartsaz belə özümüz cəbhə bölgəsinə gedəcəyik. Və onlar maşınlarına oturub, cəbhə bölgələrinə yollandılar.

Həmin dövrdə xəstəxanamızda xüsusi şöbə yaradıldı. Ön cəbhədən göndərilən qazilərimiz müalicə olunmağa başladılar. Həkimlərimiz eyni qazi üzərində dəfələrlə əməliyyat keçirib. Zaman keçdikcə yaralılarımızla dost olmağa başladıq. Çünki onların müalicələri 1 günlük deyildi. Hərkəs qazilərimizin yarasına məlhəm olmağa, müalicəsinə dəstək verməyə can atırdı. Biz də Bakı Sağlamlıq Mərkəzi olaraq onların sağlamlığı üçün kifayət qədər səfərbər ola bildik. Bu da o deməkdir ki, əsgər, məmur, həkim demədən Ali Baş Komandanın ətrafında “yumruq” olaraq birləşə bildik”.

Adil Əliyev qeyd edib ki, hər birimiz şəhidlərə, qazilərə borcluyuq:



“Bütün şəhidlərimiz, onların valideynləri, həmçinin qazilərimizin qarşısında baş əyirəm. Müharibədə həkimlərimizin qəhrəmanlığı, şücaəti də danılmazdır. Həkimlərimizin deyirdilər ki, erməni həkimlərin çantaları açıldığı zaman köhnəlmiş bintdən başqa nəsə görmürdük. Amma həmin müddətdə biz əlimizi nəyə atsaq var idi”.

Daha sonra çıxış edən Səhiyyə nazirinin müavini Rahim Əliyev əlavə edib ki, 2020-ci il çətin bir olub:



“Biz İki düşmənlə mübarizə apardıq. Hər ikisinin ortaq cəhəti odur ki, ikisi də sərhəd tanımırdı. Biri koronavirus idi ki, hazırda nəzarət altındadır. Digəri isə düşmənlərimiz olan ermənilər idi. Vətən Müharibəsində qələbə qazanaraq, Ali Baş Komandanın rəhbərliyi altında düşmənin layiqli cavabını verdik.

Tək Azərbaycanda deyil, həm də xaricdə yaşayan soydaşlarımızın dəstəyi ilə istər sosial mediada, istərsə də beynəlxalq arenada düşmənə qalib gəldik. Torpaqlarımızın azad olunması zamanı verilən açıqlamalarda qazilərimizin, həkimlərimizin dediklərindən onların, şəhidlərimizin hansı qəhrəmanlıq göstərdiyini, hansı şücaətə malik olduğunu bir daha gördük. Hazırda qazilərimizin müalicəsi, reabilitasiyası davam edir”.


Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə vurğulayıb ki, Bakı Sağlamlıq Mərkəzi müharibə dövrü və ondan sonra bir çox tədbirlər həyata keçirib:



“Şükürlər olsun ki, qazilərimizin bəziləri sağlamlıqlarına qovuşublar. Digəriləri isə müalicəsini davam etdirir. Müharibə dövründə xalqımızın yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməsi qələbəmizə gətirib çıxardı. Bu gün burada şəhid olan Azad Hümbətov və Rövşən Nurzadə balamızın valideynləri iştirak edir. Qarşılarında baş əyirik. Onlar bizim fəxrlərimizdir. Şəhidlər haqqında danışmaq çox çətindir. Bizim rayondan 18 övladımız şəhid olub. İcra Hakimiyyəti tərəfindən istər müharibə, istərsə də indi dəstəyimizi davam etdiririk”.

Daha sonra tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Çıxışlardan sonra mərkəzdə müalicə alan qazilərimiə və müharibə iştirakçəlarına torpaqlarımız uğrundq gedən döyüşlərdəki cəsarətlərindən dolayı təşəkkür edilib və hədiyyələr təqdim olunub.