Bakıda atalığın təyini üçün DNT analizi necə aparılır? - Genetik həkim - VİDEO

  • 2021.12.21 17:20
  • 29745 Baxış
Bakıda atalığın təyini üçün DNT analizi necə aparılır? -  Genetik həkim - VİDEO
DNT molekulunun analizi çoxlarının bildiyi kimi, təkcə ata-ananın kimliyini, uşağın kimdən olmasını müəyyənləşdirmək üçün aparılmır. Bu analiz genetikada bir çox xəstəliklərin analizi üçün vacibdir.


Medicina.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən genetik mərkəzlərdən birinin genetik mütəxəssisi Şirxan Musayev DNT analizi barədə maraqlı məqamları apa.tv-ə açıqlayıb.

“DNT hesab edin ki, insanın proqramıdır. İnsanın ilk hüceyrə səviyyəsində yaradılışından doğulandan ölümünə kimi DNT fəaliyyət göstərir. DNT bizim həyat kompüterimizin əsas proqramıdır.

Atalıq testində qan, yaxma, toxuma, saç, istənbilən bioloji ola bilər. Material təmiz götürülməlidir. Materiala uyğun protokolla izolyasiya prosesi aparılır.

Sınaq şüşəsinə DNT molekulu alınır.

Analizin mürəkkəbliyindən asılı olaraq, nəticələr 3 günə, 1 aya hazır ola bilər.

Atalıq testinin təyini kriminalistik laboratoriyalarda aparılır. Hər laboratoriyada yoxdur. Nəzəri olaraq, 3-5 gün çəkə bilər.

Çox zaman filmlərdə gördüyümüz kimi, uşağın saçından tük qoparıb analiz vermək düzgün deyil. Saç dəqiq material deyil. Kriminilastik laboratoriyada dəqiq bilinməlidir ki, bu bioloji material kimə məxsusdur.

Laboratoriyada alınmış DNT PZR metodu ilə çoxaldılır.

Talassemiya xəstəliyi, digər xəstəliklərin geni olur, o gen DNT-dən oxunur, çıxarılır.

Bəzi ağır genetik xəstəliklər var ki, uşaqları 6 aya kimi öldürür, əlil edir. Bunları təyin edib, gələcəkdə o ailədə hamiləlik zamanı artıq döldən genetik analiz aparılmalıdır ki, xəstə uşaq doğumu olmasın.

Meyitdən də DNT analizi götürülə bilər.

Hətta 10000 il əvvəlki skeletindən də DNT əldə olunub yoxlanılır.

Rusiyada çarların skeletindən də DNT nümunələri götürülüb, material hazırlanıb.

DNT analizi ilə 30-50 yaş arası qadınların gələcəkdə bir neçə növ xərçəngdən hansına yoluxa biləcəyini də təyin etmək olur”

Qeyd edək ki, ataliq testinin müəyyən olunması 1000-1500 manata başa gəlir, məbləği testi tələb edən şəxs ödəyir.