Bakıda bronxiti olan insanlar çoxdur - Həkimdən səbəblər

  • 2023.03.14 17:49
  • 903 Baxış
Bakıda bronxiti olan insanlar çoxdur  - Həkimdən səbəblər
“ Xroniki bronxit xəstəliyindən əziyyət çəkən insanlar daha çox çirklənmiş havada yaşayan insanlar olurlar. Bu səbəbdən Bakıda bu xəstəlikdən əziyyət çəkən şəxslər daha çoxdur”.

"Medicina" xəbər verir ki, bunu Medical Media-ya açıqlamasında terapevt Sevinc Zeynalova deyib.


"Daha çox 3-cü qan qrupu daşıyan insanlar çox xroniki bronxit xəstəliyinə tutulurlar. BXəstəlik tozlu şəraitdə işləyənlərdə daha çox rast gəlinir.

Eləcə də mədə turşuluğu bronxitə səbəb olur. Reflüks xəstəliyindən əziyyət çəkənlərdə uzanarkən onlarda quru öskürək yaranır. Biz həmin insanlara daha hündür yastıqlarda yatmağı məsləhət görürük. Bunun üçün əczaxanalarda xüsusi reflüks yastıqları mövcuddur.

Aygün Musayeva