Bakıda bu məktəb koronavirusa görə bağlandı

  • 2022.01.25 15:14
  • 2292 Baxış
Bakıda bu məktəb koronavirusa görə bağlandı


Bu gündən Bakıda COVID-19 infeksiyası səbəbi ilə Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb fəaliyyətini distant formada davam etdirəcək.

XəzərXəbər xəbər verir ki, Gigiyena Epidemioloji Mərkəz təhsil ocağında tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib.


Məktəbdə müəllim və şagirdlər arasında xəstəliyin geniş yayılması səbəbindən əyani tədris prosesi 14 gün müddətində distant tədrislə əvəz olunub.