Bakıda hamilə qadın dəm qazından boğularaq öldü

  • 2024.01.18 10:46
  • 783 Baxış
Bakıda hamilə qadın dəm qazından boğularaq öldü
Bakının Sabunçu rayonunda qadın hamam otağında dəm qazından boğulub.


Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Səmayə Xalid qızı Məmmədova evin hamam otağında dəm qazından boğulub.

O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, ölən qadın hamilə olub.