Bakıda mağazada kütləvi zəhərlənmə

  • 2023.03.18 10:11
  • 3021 Baxış
Bakıda mağazada  kütləvi zəhərlənmə
Bakıda mağazada kütləvi zəhərlənmə qeydə alınıb.

Medicina.az xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mağazada işləyən – 1997-ci il təvəllüdlü Zamanlı Arzu Bəbir qızı, 2000-ci il təvəllüdlü Quliyeva Rəşidə Yusif qızı, 1996-cı il təvəllüdlü Rəhimli Lalə Hüseyn qızı, 2000-ci il təvəllüdlü Kərimli Aydan Xalıq qızı iş vaxtı qəbul etdikləri qidadan zəhərlənərək 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada onlara ambulator qaydada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.