Bakıda “Oktoberfest” pivə bayramı keçiriləcək - VİDEO

  • 2023.09.11 16:18
  • 2445 Baxış
Bakıda “Oktoberfest” pivə bayramı keçiriləcək -  VİDEO
“Oktoberfest” - Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən pivə festivalıdır. Oktoberfest bayramı sentyabr ayının sonlarına yaxın başlayır və 16 gün davam edir.


Medicina.az xəbər verir ki, turistlərlə birlikdə bayramda hər il 6 milyondan çox şəxs iştirak edir. Oktoberfest Bavariya mədəniyyətinin ayrılmaz tərkib hissələrindən biri kimi böyük məşhurluq əldə edərək 1810-cu ildən bəri ənənəvi formada təşkil edilən festivaldır.

Dünyanın müxtəlif şəhərlərində Münhendə keçirilən “Oktoberfest”dən ilhamlanaraq bənzər pivə festivalları keçirilir.
“Oktoberfest” zamanı bir necə milyon litr pivə içilir. 2007-ci ildə keçirilən festival zamanı 16 gün ərzində 7 milyon litrdən çox pivə içilib. Festival zamanı bir neçə növ və marka pivələrlə yanaşı, gələn turistlərə müxtəlif əyləncələr də təklif edilir. Luna parklar, əyləncə mərkəzləri və Bavariya milli mətbəxi ilə bağlı keçirilən yarmarka və pikniklər buna misal göstərilə bilər.


“Oktoberfest” Bavariya əyaləti üçün mühüm bir hadisədir. Festivalın digər adı “Xalqların yığıncağı”dır. 1999-cu ildə 6 milyondan çox insanın iştirakı ilə festival bir daha region üçün öz əhəmiyyətini göstərib. Həmin il 42 hektar ərazidə keşirilən festivala qatılan insanların 72%-i Bavariya əyalətindən gələnlər olub. 15% iştirakçı digər Avropa ölkələrindən, ABŞ, Kanada, Avstraliyadan gəliblər.


Azərbaycanda “Oktoberfest” pivə bayramı keçən il Azerish LTD şirkətinin təşkilatçılığı ilə 2022-ci ildə 22 və 23 oktyabr tarixlərində Landmark biznes və hotel kompleksinin “Rotunda Hall” zalında keçirildi.

Bu il isə “Oktoberfest” pivə bayramı 29 sentyabr tarixində Black City Lounge & Terrace’da Azerish LTD şirkətinin təşkilatçılığı ilə baş tutacaq. Tədbir saat 19:00’da başlayacaq. Tədbir boyunca qonaqlar üçün limitsiz Erdinger pivəsi və ləziz təamlar servis olunacaq. Həmçinin canlı musiqi, müxtəlif əyləncəli oyunlarla maraqlı, yaddaqalan anlar sizləri gözləyir.


Tədbirlə bağlı məlumat almaq və ya rezervasiya üçün +994 50 229 22 17 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Bakıda “Oktoberfest” pivə bayramı keçiriləcək -  VİDEO