Bakıda özəl klinikaya müayinəyə gələn kişi öldü

  • 2022.01.13 15:07
  • 1524 Baxış
Bakıda özəl klinikaya müayinəyə gələn kişi öldü

Bakıda klinikaların birində ölüm hadisəsi baş verib.

Medicina.az xəbər verir ki, Nizami rayonunda yerləşən “Modern” hospitalda baş verib.

Belə ki, şəkər və ürək xəstəliklərindən əziyyət çəkən 73 yaşlı Həsən Həsənov özünü pis hiss etdiyindən klinikaya müayinə olunmaq üçün gəlib və ordaca vəfat edib.

Həkimlərin yardımı və səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ani ölüm baş verib.

Aldığlmız məlumata görə, pasiyent özü xəstəxanaya analizlər üçün gəlib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.