Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda ruhi əsəb dispanserində iki ölüm faktı qeydə alınıb

  • 2018.03.09 10:07
  • 11855 Baxış
Bakıda ruhi əsəb dispanserində iki ölüm faktı qeydə alınıb

1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 2 nəfər xəstəlikdən ölüb.



Medicina.az Report-a istinadən xəbər verir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.



Martın 5-də 1959-cu il təvəllüdlü Vladimir Aleksandroviç xəstəlikdən dünyasını dəyişib. Məlumata görə, o, uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.



Martın 7-də Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Həsənova Təranə Feyruz qızı dünyasını dəyişib.



Hər iki şəxsin ölüm səbəbləri araşdırılır.