Balqabaq pəhrizi ilə günə 400 qram arıqla - 10 günlük MENYU

  • 2019.05.14 21:58
  • 12623 Baxış
Balqabaq pəhrizi ilə günə 400 qram arıqla -  10 günlük MENYU

Bu dieta ən sağlam dietalardan hesab edilir, qısa müddətdə mədə-bağırsağı qaydaya salır, parazitləri öldürür və artıq çəkini azaldır.

Pəhriz zamanı balqabağın nəinki özü, qabığı, şirəsi, tumları da istifadə edilir. Pəhriz boyu ondan yeməklər, salatlar, içkilər, şirniyyatlar hazırlayıb, eləcə də çiy qəbul edə bilərsiz.


100 qram balqabaqda 23 kalori var, bu o deməkdir, pəhrizə düzgün əməl etsəz günə 300 qram çəki itirə bilərsiz. 


Medicina.az 10 günlük balqabaq pəhrizini təqdim edir:


1-ci gün: 


Səhər – çiy balqabaqdan salat, yoqurt və badam, yaşıl çay

günorta: balqabaq şorbası

Axşam: Sobada balqabaq darçınla


II gün:


Səhər: balqabaq sıyığı, yaşıl çay

Günorta: balqabaqdan kotlet

Axşam: sobada balqabaq və alma


III gün:


Səhər: suda bişmiş düyü sıyığı balqabaq ilə

Günorta: Tərəvəz salatı, toyuq əti ilə balqabaq

Axşam: Balqabaq salatı ananasla


IV gün: 


Səhər: Balqabaq salatı

Günorta: tərəvəz şorbası içərisində balqabaq olmaqla

Axşam: sobada tərəvəzlər balqabaqla birgə

 (kartofdan başqa)


Qalan günləri yenidən başdan axıra kimi təkrarlayırsız. 

Pəhriz müddətində yaşıl çay, qazsız su içmək olar.