Baş ağrısı ilə həkimə getdi - Beyni olmadığı ortaya çıxdı

  • 2018.03.17 11:42
  • 20644 Baxış
Baş ağrısı ilə həkimə getdi -  Beyni olmadığı ortaya çıxdı
İrlandiyada həkimləri şoka salan hadisə baş verib.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, baş ağrısı ilə xəstəxanaya müraciət edən yerli sakinin beyinsiz olduğu ortaya çıxıb.


84 yaşlı kişi indiyədək heç bir rahatsızlıq keçirməyib. Adının açıqlanmasını istəməyən ahıl şəxs baş ağrısı şikayətiylə həkimə müraciət etdikdən sonra "sirr”in üstü açılıb. Xəstənin rentgeni çəkildikdən sonra həkimlər başın sol yarımkürəsində boşluq görüb.