Baş həkim işdən çıxarıldı

  • 2021.11.05 14:48
  • 1023 Baxış
Baş həkim  işdən çıxarıldı
Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aygün Nağıyevanın işdən çıxarılması ilə bağlı xəbər yayılıb.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 4 noyabr 2021-ci il tarixdə Nağıyeva Aygün Nağı qızı ilə bağlanmış müqavilənın vaxtı bitib, yenidən müqavilə imzalanmayıb.

Məsələ ilə bağlı Aygün Nağıyeva isə açıqlamasında deyib ki, baş həkim kimi işinə davam edir.

Xəstəxananın direktoru Elçin Qurbanov da onun işdən çıxarılması barədə məlumatının olmadığını bildirib.

Qeyd edək ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov bu ilin may ayında vəzifəsindən azad edilib. Ovaxtkı TƏBİB sədri Ramin Bayramlının qərarına əsasən, N. Şükürov tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməyib və tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət etməyib.

Vəzifəsindən azad olunandan sonra direktorun səlahiyyətlərini məhz onun müavini Aygün Nağıyeva icra edib.