Baş məşqçi və iki futbolçu koronavirusa yoluxdu

  • 2020.09.23 00:38
  • 10667 Baxış
Baş məşqçi və iki futbolçu koronavirusa yoluxdu
İngiltərənin "Vest Hem" futbol komandasının baş məşqçisi Devid Moyes koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, oyunçulardan İssa Diop və Coş Kallenin də testləri müsbət nəticə verib. Bütün yoluxanlar komandanın düşərgəsini dərhal tərk edərək, karantinə yollanıblar. Kollektivə köməkçi-məşqçi Alan İrvayn rəhbərlik edəcək.

Qeyd edək ki, "Vest Hem" ötən mövsüm Premyer Liqada 39 xalla 16-cı yeri tutub. 38 qarşılaşmadan 99 xal toplayan "Liverpul" çempion olub.