Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsiniz.
Medicina.az xəbər verir ki, bayatlaşan və artıq süfrəyə yer tapmayan çörək yemək israfının ən böyük nümunələrindən birinə çevrilib.
Ancaq bu bayat çörəyi sadə üsulla təkrar təbiətə çevirmək olar. Artıq süfrənizdə çörəyi yalnız yemək üçün deyil, həm də bağınızı qidalandırmaq, çiçəklərinizi canlandırmaq üçün istifadə edə bilərsiniz.
Çünki, məşhur inancın əksinə olaraq, bayat çörək sadəcə zibil deyil, bu, təbii gübrədir...
Tərkibindəki maya, karbohidratlar və üzvi birləşmələr sayəsində bayat çörək torpağın canlılığını artırır.
Basdırıldığı ərazidə üzvi maddələrə parçalanaraq torpaq mikroorqanizmlərinin çoxalmasına şərait yaradır.
Çörəyi kiçik parçalara kəsin.
Bağçanızda və ya saxsıda 20-30 sm dərinliyə basdırın.
Üzərini örtərək nəm və hava almasına şərait yaradın.
Bu üsul xüsusilə tərəvəz bağları, bəzək bitkiləri və çiçəklər üçün faydalıdır.
Aygün
Medicina.az