Bədəndə yaranan qırmızı nöqtələr– Ciddi xəstəlik əlamətidirmi?

  • 2018.08.01 19:25
  • 28459 Baxış
Bədəndə yaranan qırmızı nöqtələr–  Ciddi xəstəlik əlamətidirmi?
Çox insanlarda qəfildən bədənin müxtəlif nahiyələrində - boyunda, dekoltedə, sinədə, kürəkdə qırmızı nöqtələr, xal kimi törəmələr – dərialtı hematomalar meydana çıxır. Eləsi var bundan təşvişə düşür, eləsi var önəm vermir. 


Əgər qırmızı nöqtələr çox və davamlı yaranırsa, onun səbəbini araşdırmaq lazımdır. 


-Qırmızı nöqtələr dəriyə vurulan zərbə, travma, zədə zamanı yarana bilər: epilyasiya, depilyasiya, üzqırxma, ülğüc və s.

-Orqanizmdə C və K vitamini çatışmazlığı kapilyarların partlamasına səbəb olur


-Revmatik xəstəliklər 

-Mədəaltı vəz xəstəlikləri


İlk öncə qırmızı nöqtənin ölçüsünə diqqət yetirmək lazımdır:

-Kapilyar hemangioma – çox kiçik olur

-Kaver hemangioması – bir neçə iri qabarcıqdan ibarətdir, sanki içi qanla doludur.


Müalicə vacibdirmi?


Müalicə səbəbdən asılıdır. Əgər vitamin çatışmırsa, onu təmin edirsiz.  Əgər mədəaltı vəzlə bağlıdırsa, qastroenteroloq müalicəsi almalısız.

Çox mütəxəsislər artıq bədəndə yaranmış qırmızı nöqtələri yandırmaq, qopartmaq, lazerlə yox etməyin tərəfdarı deyil. 

Amma bir çox müasir metodlarla dermatoloqlar bu nöqtələri yox edə bilir.