Bədəninə 52 implant yerləşdirən qadın Ginnesə düşdü

  • 2023.11.14 16:26
  • 1271 Baxış
Bədəninə 52 implant yerləşdirən qadın  Ginnesə düşdü

Amerikalı qadın Anasteyşa Sinn Ginnesin Rekordlar kitabına qeyri-adi səbəbdən düşüb.

“Medicina” xəbər verir ki, o, bədəninə 52 implant yerləşdirib.

Belə ki, bunlar sağlamlıq və tibbi səbəbdən deyil. İmpantların köməyilə qadın kilidləri açır, kompteri yandırır, metal əşyaları tapır, telefon nömrələrini yığır və s.

Onun dərisi altına iri bir maqnit də yerləşdirilib.

Bir çox mini cihazları o özü bədəninə yeridib.

Qadın bununla həyatını, işini asanlaşdırdığını bildirir.

Aygün Musayeva