Biz çox vaxt bədənimizi adi bir şey kimi qəbul edirik. Halbuki hər saniyə daxilimizdə milyonlarla proses baş verir və onların çoxu əsl möcüzəni xatırladır.
Medicina.az xəbər verir ki, bir çoxlarımız bu dəyişikliklərdən xəbərsizik:
1. Ürəyiniz hər gün təxminən 100 min dəfə döyünür
Ürək bir gün ərzində minlərlə litr qanı bədənə ötürür və heç dayanmadan işləyir.
2. Beyin milyonlarla məlumatı emal edir
Siz yatarkən belə beyniniz işləməyə davam edir, xatirələri çeşidləyir və bədəni idarə edir.
3. Hüceyrələriniz yenilənir
Hər gün milyonlarla köhnə hüceyrə ölür, yerinə yeniləri yaranır.
4. Ağciyərləriniz minlərlə dəfə nəfəs alır
Bir insan gündə orta hesabla 20 minə yaxın nəfəs alır.
5. İmmunitet sistemi sizi qoruyur
Bədən hər gün minlərlə virus və bakteriya ilə qarşılaşır və onların çoxunu siz hiss etmədən zərərsizləşdirir.
6. Qaraciyər özünü bərpa edə bilir
İnsan bədənində özünü bərpa etmə qabiliyyəti ən yüksək olan orqanlardan biri qaraciyərdir.
7. Dəriniz daim yenilənir
Bir neçə həftədən bir dərinin üst qatı tamamilə yenilənir.
8. Bağırsaqlarınız milyonlarla bakteriya ilə işləyir
Bu mikroorqanizmlər həzmdə, immunitetdə və hətta əhval-ruhiyyədə rol oynayırlar.
9. Sümüklər canlı toxumadır
Sümüklər düşündüyümüz kimi cansız deyil. Onlar daim yenilənir və dəyişir.
10. Bədəniniz özünü sağaltmağa çalışır
Kiçik yaralar, infeksiyalar və zədələr zamanı orqanizm fasiləsiz şəkildə bərpa prosesini işə salır.
İnsan bədəni Yer üzündəki ən mürəkkəb sistemlərdən biridir. Hər gün daxilimizdə baş verən minlərlə proses həyatımızı davam etdirir və çoxunu heç hiss etmirik.
Aygün M