Bəhram Bağırzadə koronavirusdan sağaldı - Test neqativ çıxdı

  • 2020.07.23 18:28
  • 2284 Baxış
Bəhram Bağırzadə koronavirusdan sağaldı   - Test neqativ çıxdı
Əməkdar artist Bəhram Bağırzadə koronavirusu məğlub etdi.

Onun müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından verilən məlumata görə, aktyorun sonuncu COVİD-19 testi neqativ çıxıb.

"İyulun 21-də Bəhram Bağırzadədən koronavirus infeksiyası üçün PCR testi götürülüb. Testin nəticəsi mənfi (neqativ) olub. Buna qədər verilən testlərin nəticələri müsbət olub.
Cavaba baxmayaraq Bəhram Bağırzadənin vəziyyəti hələ də ağır olaraq qalır, bu da onun evə yazılması və ya başqa xəstəxanaya köçürülməsinə imkan vermir".

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Iyulun 2-də ECMO-dan ayrılıb.