Bəhram Bağırzadədən son xəbər - Həkim danışdı

  • 25 İyl 2020 15:23
  • 1624 Baxış
Bəhram Bağırzadədən son xəbər   - Həkim danışdı
"Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağırdır. Şikayəti yoxdur".

"BakuPost"un məlumatına görə, bunu əməkdar artistin müalicə edildiyi Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. Onun sözlərinə görə, xəstə fəaldır, bədən hərarəti də normaldır.

"Bu gün nəfəs alması üçün taxılan traxiostamik boru çıxarılıb. Yaxın günlərdə reanimasiyadan palataya köçürülməsi nəzərdə tutulur".

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Iyulun 2-də ECMO-dan ayrılıb.


X