Bərdədə hamilə qadın xəstəxanada öldü - YENİLƏNİB

  • 2021.10.21 13:28
  • 1295 Baxış
Bərdədə hamilə qadın xəstəxanada öldü -  YENİLƏNİB
Bərdədə hamilə ölümü baş verib.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından Medicina.az -a verilən məlumata görə, 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.

Məlumata görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.

Əməliyyat zamanı onun vəəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N. Hüseynovanı xilas etmək mümkün olmayıb.

***
13:08


Bu gün səhər saatlarında Bərdədə doğum evində ana ölümü baş verib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, doğuşla bağlı Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə gətirilən 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Nahidə Hüseyn qızı orada ölüb.

Hələlik ölümün dəqiq səbəbi məlum deyil.
Bərdədə hamilə qadın xəstəxanada öldü -  YENİLƏNİB