Bəzən insan özünü sanki “başında duman var” kimi hiss edir. Fikirlər yavaşlayır, diqqət azalır, yaddaş zəifləyir və insan özünü tam ayıq hiss etmir. Buna tibbdə və gündəlik dildə “beyin dumanı” deyilir.
Bu bir xəstəlik adı deyil, beynin yorğunluq və funksional yüklənmə siqnalıdır.
Medicina.az xəbər verir ki, beyin dumanının əlamətləri bunlardır:
Fikri toplamaqda çətinlik
Unutqanlıq
Başda ağırlıq hissi
Reallıqdan qopmuş kimi hiss
Yavaş düşünmə
Danışarkən söz tapmamaq
Diqqət dağınıqlığı
Göz arxasında ağırlıq
Daim yorğun hiss etmək
“Sanki beynim işləmir” hissi
Beyin dumanı nədən yaranır?
1. Uzunmüddətli stress və narahatlıq
Beyin uzun müddət təhlükə rejimində qalanda kortizol yüksəlir. Bu isə diqqət, yaddaş və düşünmə sistemini yorur.
2. Yuxusuzluq
Beyin gecə özünü təmizləyir və bərpa edir. Az yuxu düşünmə qabiliyyətini zəiflədir.
3. Dəmir, B12 və D vitamini azlığı
Bu vitamin və minerallar beynin normal işləməsi üçün vacibdir. Çatışmazlıq halsızlıq və beyin dumanı yarada bilər.
4. Həzm və bağırsaq problemləri
Bağırsaq və beyin bir-birinə bağlıdır. Bağırsaq florası pozulduqda beyində də duman hissi yarana bilər.
5. Hormon pozuntuları
Tiroid problemləri, kortizol dəyişiklikləri və hormonal balanssızlıq düşüncəni zəiflədə bilər.
6. Həddən artıq ekran və informasiya yükü
Telefon, sosial media və davamlı informasiya axını beyni yorur.
7. Panik və sinir sistemi yorğunluğu
Sinir sistemi həddən artıq yükləndikdə beyin özünü “qoruma rejiminə” keçirə bilər.
Beyin niyə belə edir?
Beyin bəzən özünü qorumaq üçün yavaşlayır. Çünki uzun müddət gərginlikdə işləyən sistem bir nöqtədən sonra enerjini azaltmağa başlayır.
Yəni bədən deyir: “Artıq çox yüklənmişəm.”
Nə kömək edə bilər?
Keyfiyyətli yuxu
Stressin azalması
Telefon və ekran vaxtını azaltmaq
Dəmir, B12, D vitamini yoxlatdırmaq
Su içmək
Hərəkət və təmiz hava
Sinir sistemini sakitləşdirən nəfəs texnikaları
Sağlam bağırsaq dəstəyi
Uzun davam edirsə həkim müayinəsi lazımdır.
Aygün Musayeva