Beyinə çox məlumat yükləmək təhlükəlidir - Nə edək?

  • 2023.06.21 20:00
  • 1118 Baxış
Beyinə çox məlumat yükləmək təhlükəlidir   - Nə edək?
Müasir insanın gündəlik əldə etdiyi məlumatların miqdarı 20 il əvvəlkindən yüzlərlə dəfə çoxdur. Televiziya xəbərləri, radioda maliyyə və siyasi analitika, sosial şəbəkələrdə videolar, telefonda yazışmalar və s.


Məzmun o qədər mürəkkəbləşir ki, bütün hisslərə nüfuz edir. İnsan beyni bütün bunların son analizatoruna çevrildiyindən, əhəmiyyətli dərəcədə yüklənmələr yaşayır


“Medicina” xəbər verir ki,. nevroloq Camiyeva Alinanın sözlərinə görə, əvvəlcə somatik sağlamlıqdan, yəni xəstəliklərin olmamasından əmin olmalısınız. Tiroid funksiyasının azalması depressiyaya səbəb ola bilər.


“Eyni şey kompensasiya olunmamış diabetə də aiddir. Qan qlükoza səviyyəsinin sabit yüksəlməsi böyrəklərdə, əzalarda və beyində kiçik qan damarlar sisteminə mənfi təsir göstərir. Ürək-damar və endokrin sistemlər qaydasındadırsa, bədəndə serotonin və dopaminin normal balansını saxlamağa kömək edəcək bir neçə universal qayda tövsiyə edilə bilər.


• Yatmadan əvvəl qıcıqlandırıcıları azaldın. Yatağa getmə ərəfəsində telefonu kənara qoyun.

• Axşam gəzintisi edin, günortadan sonra məşq edin. Əzələlər gün ərzində yorulmazsa, orqanizm yuxuya müqavimət göstərər. Ancaq burada mülayimliyə riayət etmək çox vacibdir, çünki gərgin bədən tərbiyəsi stress hormonunun sərbəst buraxılması səbəbindən paradoksal təsir göstərə bilər.


• Alkoqolun miqdarını azaldın. Erkən mərhələlərdə onu qəbul etmək, emosional və informasiya təzyiqindən yalançı bir qurtuluş hissi yarada bilər. Ancaq tez-tez içmək vəziyyəti daha da pisləşdirəcək.

• Meditasiya, istirahət, yoqa təcrübəsini sınayın. Onlar bədəni rahatlamağa, əzələ gərginliyini aradan qaldırmağa və bununla da bədən və ruh tarazlığını bərpa etməyə imkan verəcəkdir.

• Psixoloq və ya psixoterapevtlə işləyin. Bu mütəxəssislər uşaqlıq travmalarını aradan qaldırmağa, illərdir əzab verən bəzi problemləri, hissləri həll etməyə və zehnin keçmişə deyil, indiyə və gələcəyə fokuslanmasına kömək edəcək.

• Həftədə ən azı bir neçə saatı bacardıqca səssizliyə və ya xoş musiqiyə həsr edin. Bu, istirahət etməyə və məlumat axınından yayınmağa imkan verəcək

Aygün Musayeva