Yağlı qidaların qəbulu beyin həcminin artmasına səbəb olur.
“Medicina” xəbər verir ki, Bostondakı Harvard Tibb Məktəbinin aliımləri bir qrup laboratoriya siçanını yüksək yağlı pəhrizlə qidalandırıblar.
Bir müddət sonra siçanların nəinki kökəldiyi, hətta beyin həcminin də artdığı məlum olub. Mütəxəssislər hesab edirlər ki, eyni şey çox güman ki, insanlarda da eynilə olur.
Fast-food həvəskarlanın beyinləri yeni hüceyrələrin əmələ gəlməsi səbəbindən böyüyəcək, lakin onlar ancaq bədənlərinin kökəldiyini zənn edəcək.
İnsan üzərində heç bir araşdırma aparılmasa da, belə bir nəzəriyyə beynin qida qəbulu və aclıq vasitəsilə bədən çəkisini necə idarə etdiyini izah edə bilər.
Siçanlarda yağlı pəhriz beynin medial eminens adlanan hissəsində sinir hüceyrələrinin böyüməsinə səbəb olub və normal qidalanan siçanlardan dörd dəfə çox istehsal edib. Bu dəyişikliklər bir neçə həftə ərzində baş verdi. Tansitlər neyronları və qan damarlarını birləşdirən hüceyrələrdir.
Aygün Musayeva