Binəqədi uşaq poliklinikasından ŞİKAYƏT--Xəstəxana mikrob, toz içindədir, hər şey pulla həll olunur

  • 2020.02.18 18:52
  • 5873 Baxış
Binəqədi uşaq poliklinikasından ŞİKAYƏT-- Xəstəxana mikrob, toz içindədir, hər şey pulla həll olunur

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 11 saylı uşaq poliklinikasında tibbi xidmət çox aşağı səviyyədədir.

Medicina.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaş şikayətində bildirib.

3 aylıq uşaqlarına peyvənd vurulması üçün 11 saylı uşaq poliklinikasına üz tutanda, qarşılaşdıqları mənzərə onları şoka salıb:

“Xəstəxana toz içərisindədir. Mikrob yuvasıdır. Həkimlərin sifətindən zəhrimar tökülür. Poliklinikada körpəmin əmziyi yerə düşdü. Yumaq üçün su verən olmadı. Maddi imkanım uşağımı özəl klinikaya aparmağa imkan verir. Bəs buna imkanı çatmayan valideynlər sizin qəddarlığınıza dözməlidir?

Onu da qeyd edim ki, özəl klinikada uşağıma heç bir diaqnoz qoyulmayıb, hər şeyin qaydasında olduğu deyilib. Lakin 11 saylı uşaq poliklinikasında uşağıma 3 xəstəlik üzrə diaqnoz qoyub, müalicə yazmışdılar. Sonda da peyvənd üçün həkimə hörmət etməyimiz söylənildi.

Uşaqlarla işləməyi bacarmırlarsa, bu həkimlər harada imtahan verir? Bu paylaşımı tək özüm üçün deyil, özəl klinikaya gedə bilməyən imkansız ailələr üçün yazıram”.