Bioenergetika və auranın müalicəsi üçün efir yağları – QƏDİM SİRLƏR

  • 2018.02.28 16:42
  • 20362 Baxış
Bioenergetika və auranın müalicəsi üçün efir yağları –  QƏDİM SİRLƏR
Insan aurası, bioenergetikası fiziki xəstəliklərdən heç də az zərər görmür. Bəzən elə ruhun, aura və bioenergetikanın pozulması insanı səbəbsiz narahatçılıqlara düçar edir. 


Aura təmizləyici, möhkəmləndirici bəzi efir yağlarının istifadəsi qaydasını və təsirini təqdim edirik:


Portağal efir yağı – auranı açır, müsbət informasiyanı qəbul etməyə kömək edir, zəifləmiş aura qatlarını canlandırır, ağır xəstəlikdən sonra azalmış bioenergetik yükü bərpa edir.


Berqamot yağı – işıqlandırır, auranın işığını artırır, yaradıcılığa kömək edir, çətinliklərə sinə gərməyə, problemi daha asan tərəfdən görməyə yardım edir.

Vanil çubuğu və ya efir yağı – ailə energetikasına harmoniya verir, evi canlandırır.


Mİxək yağı – auranı möhkəmlədir, özgə kini, paxıllığı və energetik vampirin mənfi təsirindən qoruyur, isterik naturanı dəyişir, xəstəlik və əməliyyatdan sonra travmaları sağaldır.


İlanq – ilanq – kainatın müsbət yaradıcı enerjisini cəzb edir, auranın simmetriyasını düzəldir, yüksək çakraları inkişaf etdirir, energetik örtüyü hamarlayır. 

Zəncəfil efir yağı – qətilik verir, məqsədə doğru yönəldir, auranın travma sonrası bərpasını sürətləndirir, qara energetikanı təmizləyir. Energetik appendiksi amputasiya edir. 


Sidr ağacı yağı (kedr) -  güc və enerjini sürətlə bərpa edir, auranı düzəldir, əsəb sinir sistemini rahatladır, fikir və hərəkətlərə yumşaqlıq verir


Lavanda yağı – tam energetik relaksasiya bəxş edir, energetik örtükdə olan çat və şramları bərpa edir, aqressiyanı azaldır, qəzəb və həsədi azaldır, rahatladır, yuxu verir. 


Ladan – qədim sirli vasitədir. Göz, nəfs və həsədin yaratdığı kirli enerjini dağıdır. Güc verir, inamı möhkəmlədir, kosmosdan müsbət enerji almağa yardım edir, sevgi və ailə qurmağa kömək edir, səbr verir, vampirizmdən müalicə edir