Bioloji təbabət: Xəstəliyi deyil, səbəbi müalicə edən yanaşma

  • 2026.04.07 16:58
  • 147 Baxış
Bioloji təbabət:  Xəstəliyi deyil, səbəbi müalicə edən yanaşma



Akif Qurbanov - tibb elmləri doktoru, professor, ATU


Bioloji təbabət – orqanizmi bir bütöv sistem kimi qəbul edən və xəstəlikləri yalnız əlamətlərinə görə deyil, əsas səbəblərinə görə müalicə etməyi hədəfləyən müasir tibbi yanaşmadır. Bu yanaşmada məqsəd sadəcə xəstəlik əlamətlərini aradan qaldırmaq deyil.

Bioloji təbabətin əsas prinsipi orqanizmdə pozulmuş tənzimlənmə mexanizmlərinin bərpasıdır. Bunun üçün biotənzimləyici müalicə tətbiq edilir.

Biotənzimləyici müalicə orqanizmdə xəstəliktörədici amillərin təsirindən baş vermiş pozulmaları tənzimləməklə müalicə edir. İstifadə olunan preparatlar kompleks preparatlardır, onların birgə təsiri detoksikasiyaedici təsirə malikdir. Biotənzimləyici müalicənin başqa bir prinsipi - orqanizmin müdaifə qabiliyyətini fəallaşdırmaqdır.

Beləliklə, biotənzimləyici müalicə prinsipləri aşağıdakılardan ibarətdir:

• Açıq bioloji sistem olan orqanizmə tənzimləyici təsir;
• Orqanizm üçün zərərli olan maddələrin birləşdirilməsi və kənarlaşdırılması;
• Orqanizmin müdafiə qüvvələrinin artırılması;
Biotənzimləyici müalicə zamanı:
• Müalicə xəstəliyin səbəblərinə və patogenetik mexanizmlərinə təsir edilir
• Xəstəlik deyil, xəstə müalicə edilir
• Müalicə zamanı özünütənzimləmə, bərpa və müdafiə sistemlərinin pozulmuş funksiyaları bərpa olunur
• Müalicə zamanı digər orqan və toxumalar zədələnmir
• Müalicənin təsiri uzunmüddətli və effektli olur

Bioloji təbabətin yanaşması aşağıdakı istiqamətlərdən ibarətdir:

1. Səbəbin aşkarlanması
• Genetik amillər
• İmmun sistemdə baş verən pozulmalar
• Xroniki infeksiyalar
• Metabolik problemlər, stress amilləri və s.

2. Hüceyrə səviyyəsində bərpa
Bioloji təbabət orqanizmdə:
• detoksikasiya proseslərini aktivləşdirir
• iltihabı tənzimləyir
• hüceyrələrin fəaliyyətini
Bioloji təbabətin yanaşması aşağıdakı istiqamətlərdən ibarətdir:




1. Səbəbin aşkarlanması

• Genetik amillər

• İmmun sistemdə baş verən pozulmalar

• Xroniki infeksiyalar

• Metabolik problemlər, stress amilləri və s.

2. Hüceyrə səviyyəsində bərpa

Bioloji təbabət orqanizmdə:

• detoksikasiya proseslərini aktivləşdirir

• iltihabı tənzimləyir

• hüceyrələrin fəaliyyətini

normallaşdırır

3. Orqanizmin müdafiə qabiliyyətinin artırılması.
Biotənzimləyici müalicədə istifadə edilən dərman preparatları.

Bu preparatlar təbii komponentlərdən (bitki ekstraktlarından, heyvan orqanları ekstraktlarından, mikrobların sterilləşdirilmiş kulturalarından, mineral maddələrdən, mikroelementlərdən, katalizatorlardan və s.) ibarətdir. Bu komponentlər xüsusi metodlarla hazırlanmaqla konsentrasiyalaşdırılmış maddələr deyil, onların mikrodozalarıdır. Bu mikrodozalar orqanizmə daxil olduqda onun yüklənməsinə səbəb olmur, əksinə, onun sistemlərini stimullaşdırır və əlavə müdafiə mexanizmlərini işə salır. Bu preparatlar bir qayda olaraq orqanizmə zərər vermir, yan təsirləri və əks göstərişləri minimaldır, digər dərmanlarla kompleks şəklində istifadə edilə bilir

Bioloji təbabətin müalicə üsulları hansı xəstəliklərdə istifadə olunur?

Bu yanaşma xüsusilə aşağıdakı hallarda effektivdir:

Xroniki xəstəliklər:
• Autoimmun xəstəliklər
• Dəri xəstəlikləri (psoriaz, ekzema və s.)
• Tənəffüs sistemi xəstəlikləri
• Həzm sistemi xəstəlikləri
• Hormonal balans pozulmaları
• Sinir sistemi xəstəlikləri
• Xroniki ağrı sindromu və s.

Bioloji təbabətin əsas üstünlükləri

✔️ Xəstəliyin xronikləşməsinin qarşısını alır
✔️ Orqanizmi zəiflətmir, əksinə gücləndirir
✔️ Kompleks (inteqrativ) yanaşma tətbiq edir
✔️ Uzunmüddətli nəticə verir
✔️ Təhlükəsizdir, bir qayda olaraq orqanizmə zərər vermir
✔️ İstifadə olunan dərmanların yan təsirləri və əks göstərişləri minimaldır, digər dərmanlarla kompleks şəklində də istifadə edilə bilir.

Nəticə:
Bioloji təbabət – sadəcə müalicə üsulu deyil, xəstə orqanizmə düzgün yanaşma fəlsəfəsidir.
Əgər siz:
• uzun müddətdir keçməyən sağlamlıq problemlərindən əziyyət çəkirsinizsə,
• müxtəlif müalicələr nəticə verməyibsə,
• şəfa tapmaq istəyirsinizsə.....
Bioloji təbabət sizin üçün doğru seçim ola bilər.