Bir ay çörəkdən imtina etsəniz, nə baş verər? - EKSPERİMENT - VİDEO

  • 26 Apr 2021 17:02
  • 2790 Baxış

Etiraf edin ki, ayda ən çox tükətdiyiniz qida çörək, bizdə dəbdə olan ağ undan zavod və təndir çörəyidir.

Sağlamlığının qeydinə qalan insanlar birinci olaraq ağ undan, çörəkdən imtina edir.
Ağ unda, çörəkdə son zamanların problemi olan qlüten də çoxdur. Mayadan hazırlanan çörəklər isə ikiqat zərərlidir. Çünki onlar damar və bağırsaqları tıxayır, göbələk mikroflorasını artırır.

Medicina.az insanın 30 gün ağ çörəkdən imtina etməsi zamanı nələr baş verməsini araşdırıb.

Çörəkdən imtina edən insanın orqanizmində dəyişiklər hər gün baş verir. Lakin ilk başda beyin bir qədər aktivliyini azaldır, çünki nə baş verdiyini bilmir.