Bir gündə 60 nəfər COVID-19-dan öldü - Gürcüstanda

  • 2021.08.23 10:40
  • 14438 Baxış
Bir gündə 60 nəfər COVID-19-dan öldü -  Gürcüstanda

Gürcüstanda ötən sutkada koronavirusa 2 354 yeni yoluxma halı qeydə alınıb, 5 200 nəfər müalicə olunaraq sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində daha 60 nəfər vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 517 098 nəfərdə aşkarlanıb. Onların 453 488-i sağalıb, 6 831-i isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 56 753 nəfər təşkil edir.