Səhər bir stəkan qoz suyu içməyin FAYDASI - Şəkəri salır, arıqladır

  • 2019.11.18 12:26
  • 47969 Baxış
Səhər bir stəkan qoz suyu içməyin FAYDASI -  Şəkəri salır, arıqladır

Qozun insan sağlamlığına faydalı tərəfləri haqqında
eşitmisiniz. Zəngin qidalandırıcı dəyərlərə və zülallara sahib qozun suyu da
özü qədər faydalıdır.


 



Medicina.az xəbər verir ki, bütün günü enerjili olmaq üçün səhər yuxudan oyanan kim bir
gecə əvvəl hazırladığınız qoz suyu içməniz məsləhətdir.



 


 


 


Proteinlə zəngindir


Yağla zəngin olan qoz yüksək miqdarda protein
ehtiva edir. Xüsusilə ət istehlak etməyən insanlar üçün qoz suyu çox
faydalıdır.Əgər vegeterian və yapesketariansınızsa, qozdan lazım olan zülalı
ala bilərsiniz.


 


 



Tox saxlayır



Qoz suyu içərisində olan çox miqdarda protein sayəsində
uzun müddət tox saxlayır və orqanizmdəki
yağ yandırılmasını asanlaşdırır.


 


 


Xolesterol tənzimləyicisi



Xolesterol probleminiz varsa, qoz suyu müsbət təsir
göstərir. Qoz suyu həm də pis xolesterolun artmasının qarşısını alır.


 


 


Damar sağlamlığı üçün faydalıdır



Qoz suyu damar sağlamlığı üçün faydalıdır. Qoz
suyunun müntəzəm istehlakı ürək, damar və qan dövranı sisteminə faydalıdır.
Damarların tıxanmasının qarşısını alır və ürək-damar xəstəlikləri riskini
azaldır.


 


 


 


Həzmə kömək edir



Qoz suyunu istehlak etmək həzmi də asanlaşdırır.
Qoz suyu tərkibindəki omeqa 3 yağ turşusu sinir sisteminin sağlam bir şəkildə
işləməsinə kömək edir. Qəbizlik probleminiz varsa, qoz suyu bu problemi asanlıqla
aradan qaldıracaq.


 



Süd verən qadınlara faydalıdır



Hamilə və süd verən qadınlar üçün çox faydalıdır. Uşaq əmizdirən analar istehlak etdikdə oradakı vitaminlər ana südü ilə
ağa ötürülür. Bu da körpə üçün lazım olan vitaminlər təbii olaraq alınmasına
şərait yaradır.



Dərinizə təbii qulluq



Qoz suyu dəriniz üçün ən sağlam müalicə üsullarından
biridir. Tərkibindəki vitaminlər sayəsində dərinizə qulluq edir. Dərinizi təmizləmək
üçün qoz suyu istifadə edə bilərsiniz və daha təmiz bir dəriyə sahib ola bilərsiniz.




 


Diabet xəstələri üçün faydalıdır



Qoz suyu qan şəkərini balanslaşdıraraq diabet üçün
faydalıdır.



Qoz suyu necə hazırlanır?



Qoz suyu üçün 1-2 ədəd qoz və 1 stəkan su lazımdır. Təmizlənmiş
qoz ləpələrini bir stəkan suyun içinə atın.Bir gecə saxlayıb səhər ac qarına yeməkdən 30 dəqiqə əvvəl için. İçərisindəki
ləpələri yeməkdə fayda var.



 


 

Səhər bir stəkan qoz suyu içməyin FAYDASI -  Şəkəri salır, arıqladır
Səhər bir stəkan qoz suyu içməyin FAYDASI -  Şəkəri salır, arıqladır
Səhər bir stəkan qoz suyu içməyin FAYDASI -  Şəkəri salır, arıqladır
Səhər bir stəkan qoz suyu içməyin FAYDASI -  Şəkəri salır, arıqladır