Mətbəxdə ən çox mikrob toplayan əşyalardan biri blenderin rezin contasıdır.
Medicina.az xəbər verir ki, bu barədə NSF International təşkilatının apardığı araşdırmada bildirilir.
Məlumata görə, blender qabı yuyulsa da, bıçaqların altında yerləşən rezin conta əksər hallarda çıxarılıb təmizlənmir. Nəticədə burada qida qalıqları, nəm və kif toplanır ki, bu da bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.
Araşdırma zamanı Escherichia coli (E. coli), Salmonella, maya göbələkləri və kif kimi mikroorqanizmlər aşkar edilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, çirkli conta hər istifadədə qidaların çarpaz çirklənməsi riskini artırır.
Onların sözlərinə görə, bu hissə mütəmadi olaraq çıxarılmalı, ayrıca yuyulmalı və tam qurudulduqdan sonra yerinə taxılmalıdır. Həmçinin aşınmış və ya çatlamış contaların vaxtında yenisi ilə əvəz edilməsi tövsiyə olunur.
Xanım,
Medicina.az